astanada-qazaxistan-ve-fransa-prezidentleri-arasinda-gorus-olub-yenilenib

Astanada Qazaxıstan və Fransa prezidentləri arasında görüş olub - YENİLƏNİB

Noyabrın 1-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş olub.

Bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

E.Makronun Qazaxıstana səfərinin bir gün davam edəcəyi bildirilib. O, daha sonra Özbəkistana yollanacaq.

Qazaxıstan KİV-ləri qeyd edib ki, bu ilin 8 ayı ərzində Qazaxıstan və Fransa arasında ticarət dövriyyəsi 2,7 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 21,1 faiz çoxdur.

10:02

Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana rəsmi səfər edib.

Onu Astana beynəlxalq hava limanında Qazaxıstanın Baş naziri Alixan Smailov qarşılayıb.

Məlumata görə, tərəflər arasında qısa söhbət zamanı Alixan Smailov bildirib ki, bu səfər Astana ilə Paris arasında strateji əməkdaşlığın inkişafına təkan verəcək.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Emmanuel Makron iqtisadi-ticarətə, sərmayə qoyuluşuna və energetika sahələrində əməkdaşlığın gücləndirilməsinə, habelə beynəlxalq və regional hadisələrə dair məsələləri müzakirə edəcəklər.

Report