atabank-daki-ciddi-problemlerin-sebebi-aciqlandi-banki-idare-eden-sexsler

“AtaBank”dakı ciddi problemlərin səbəbi açıqlandı – BANKI İDARƏ EDƏN ŞƏXSLƏR…

“AtaBank”dakı ciddi problemlərin səbəbi Bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayrılmasıdır”.

İnsider.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Mətbuatda “AtaBank”dakı problemin dövlət büdcəsi ilə əlaqədar olduğu barədə məlumatlar yayılıb. “AtaBank”dakı ciddi problemlər dövlət büdcəsi ilə əlaqədar deyil. Sadəcə olaraq, Bankı idarə edən şəxslər tərəfindən çox riskli layihələrə kreditlər verilib. Bu gün həmin kreditlər geri qayıtmır. Bankın kredit portfeli ciddi problemlidir. Həmişə belə olur - kreditlər riskli layihələrə verilir, sonra kreditlər qayıtmır, Bank kapitalını itirir və sonra əmanətçilərin və şirkətlərin pullarını qaytarmaq olmur”.

Marja