“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov işdən çıxıb.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Xətai İsmayılov icra edir.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
Report