“Atəşgah” Sığorta Şirkəti son günlər trendə çevrilən, ətraf mühitin qorunması və "daha təmiz dünya yaratmaq" üçün həyata keçirilən önəmli sosial layihənin bir hissəsi oldu. Sosial şəbəkələrdə “TrashTag” həştəqi ilə məşhurlaşan layihə çərçivəsində insanlar dünyanın müxtəlif yerlərində parkları, yolları və çimərlikləri təmizləyərək ərazinin əvvəl və sonrakı şəkillərini paylaşırlar.
Ekoloji sabitliyin qorunması, ekoloji təmiz dünya yaratmağın hər zaman tərəfdarı olan Atəşgahlılar öz növbələrində bu layihəyə qoşularaq sağlam təşviqat kampaniyasının ölkəmizdə də davam etdirilməsini dəstəkləyiblər. Şirkətin 9 əməkdaşı Dübəndi çimərliyində yerləşən ərazini plastik qab və polietilen paketlərdən təmizləyərək ümumilikdə ərazidən 20 kisə zibil toplayıb.
Daha öncə bir çox sosial layihələr həyata keçirən “Atəşgah” SŞ “TrashTag” kampaniyasına dəstək verməklə insanları ətraf mühitə qarşı daha diqqətli olmağa çağırır.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.