audi-nin-eks-rehberi-dizel-qalmaqalina-gore-ittiham-olunur

“Audi”-nin eks-rəhbəri “dizel qalmaqalına” görə ittiham olunur

Münhen prokurorluğu “Audi”-nin keçmiş rəhbəri Rupert Ştadlerə və “dizelgeyt” işinin daha üç fiqurantına qarşı ittiham irəli sürüb.

İnsider.az-ın məlumatına görə, qurumun saytında yerləşdirilmiş ismarışda, istintaq versiyasına görə, Ştadlerin “Volkswagen” konserninin avtomobillərindəki proqram təminatının düzgün çalışmadığından xəbərdar olduğu deyilir – bunun nəticəsində zərərli maddələrin tullantısına dair real göstəricilər aşağı salınıb.

Xatırladaq ki, “Audi”-nin də daxil olduğu “Volkswagen” avtokonserni 2015-ci ildə dizel qalmaqalaının mərkəzində amerikan tənzimləyicilərinin “VW”-nin bilərəkdən atmosferə atılan tullantılar haqda məlumatları təhrif etdiyini müəyyən etdikləri vaxt meydana çıxdı.

“Audi”-nin keçmiş rəhbəri ötən ilin iyunun 18-də saxlanıldı. İlin sonunda isə Ştadler rəsmi olaraq vəzifəsini tərk etdi.

Samirə Məmmədova