avqustda-budcede-profisit-azalib

Avqustda büdcədə profisit azalıb

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2019cu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə  14 milyard 810,3 milyon manat vəsait daxil olmuş, büdcədən 14 milyard 712,1 milyon manat vəsait xərclənmişdir.

İnsider.az xəbər verir ki, nəticədə büdcənin icrasında 98,2 milyon manatlıq profisit yaranmışdır.

Xatırladaq ki, 2019-cu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 12 milyard 435,5 milyon manat vəsait daxil olmuş, büdcədən 13 milyard 102,7 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 667,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,5 faizi qədər kəsir yaranmışdı.