Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
İnsider.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılımışdı. Beləliklə, iyul ayı ilə müqayisdə avqust ayında dollar satışı 1,9 dəfə artıb.
Qeyd edək ki, 2019-cu ilin iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.