Avro Bölgəsi iqtisadiyyatı 2019-cu ilin ikinci rübündə əvvəlki üç aylıq dövrə nisbətən 0.2 faiz, illik 1.2 faiz artıb. İqtisadi artıma istehlak, dövlət xərcləri və investisiyalar kömək olub.
Avro Bölgəsində ikinci rübdə iqtisadi artıma istehlak və investisiya xərcləri təkan verib. İxrac tərəfində isə zəifləyən tələb ilə mübarizə davam edir.
Avro Bölgəsində iqtisadi artım performansı Avropa Mərkəzi Bankı (AMB) rəsmilərinin narahatçılığını təsdiqləyir. Daxili tələbat güclü məşğulluq bazarının təsiri ilə gücünü saxlayır, istehsalçılar ABŞ - Çin ticarət müharibəsi və digər qeyri-müəyyənliklərdən əhəmiyyətli dərəcədə pis təsirlənirlər.
İnsider.az xəbər verir ki, "Eurostat" tərəfindən Cümə günü açıqlanan məlumatlara görə, Avro Zonasında mumi daxili məhsul (ÜDM) ilin ikinci üç aylıq dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 1.2 faiz artaraq 1.1 faizlik proqnozu üstələyib. İqtisadiyyat ilk rübə ilə müqayisədə isə 0.2 faiz artım qeyd edib. Proqnoz da 0.2 faiz idi.
Artım göstəricisinə detallı baxdıqda istehlak rüblük 0.2 faiz, dövlət xərcləri 0.3 faiz, sabit kapital qoyuluşu 0.5 faiz artım qeyd edib. İxracat ilk rüb ilə müqayisədə ikinci rübdə dəyişməyib, idxal 0.2 faiz artıb. İlk rüb göstəriciləri müvafiq olaraq 0.4 faiz, 0.4 faiz, 0.4 faiz, 0.2 faiz, 0.9 faiz və 0.4 faiz idi.