avro-bolgesinde-inflyasiya-proqnozdan-asagi-qalib

Avro Bölgəsində inflyasiya proqnozdan aşağı qalıb

Avro Bölgəsində istehlakçı qiymətləri may ayında proqnozdan aşağı artım qeyd etdi.

İnsider.az xəbər verir ki, "Eurostat" tərəfindən açıqlanan məlumatlara görə Avro Bölgəsində istehlakçı qiymətləri mayda illik müqayisədə  1.2 % artaraq 1.3% olan proqnozdan aşağı qalıb. Avro Bölgəsində aprel inflyasiyası 1.7% idi.

Açıqlanan məlumatlara görə, Avro Bölgəsində baza inflyasiya bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.8% səviyyəsində reallaşıb. Proqnoz 0.9% idi. Aprel ayına dair baza inflyasiya rəqəmi 1.3% idi.

Avropa Mərkəzi Bankının (AMB) Avro Bölgəsi üçün inflyasiya hədəfi  2% səviyyəsindədir.