avro-daha-da-ucuzlasdi-resmi-mezenneler

Avro daha da ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏLƏR

2019-cu ilin avqust ayının 30-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi avqustun 29-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8777 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0255 manatda qalıb.

1 türk lirəsi isə 0,2911 manata geriləyib.

 Bu barədə Insider.az-a Mərkəzi Bankdan bildirilib.

Avqustun 29-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8839 manata, 1 rubl 0,0255 manata, 1 türk lirəsi isə 0,2918 manata bərabər idi.