avro-daha-da-ucuzlasdi-resmi-mezenneler

Avro daha da ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏLƏR

2019-cu ilin may ayının 31-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi mayın 30-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8918 manata, rubl/manat məzənnəsi isə 0,0260 manata düşüb.

1 türk lirəsi isə 0,2877 manata yüksəlib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Mayın 30-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8938 manata, 1 rubl 0,0262 manata, 1 türk lirəsi isə 0,2826 manata bərabər idi.