avro-daha-da-ucuzlasdi-resmi-mezenneler

Avro daha da ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏLƏR

2019-cu ilin aprel ayının 26-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 25-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8931 manata, rubl/manat məzənnəsi isə 0,0263 manata düşüb.

1 türk lirəsi isə 0,2862 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Aprelin 25-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8968 manata, 1 rubl 0,0264 manata, 1 türk lirəsi isə 0,2888 manata bərabər idi.