avro-daha-da-ucuzlasdi-resmi-mezenneler

Avro daha da ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏLƏR

2019-cu ilin avqust ayının 1-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyulun 31-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8788 manata, rubl/manat məzənnəsi isə 0,0267 manata düşüb.

1 türk lirəsi isə 0,3050 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

İyulun 31-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8964 manata, 1 rubl 0,0268 manata, 1 türk lirəsi isə 0,3057 manata bərabər idi.