2019-cu ilin sentyabr ayının 27-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi sentyabrın 26-ı ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8568 manata , rubl/manat məzənnəsi isə 0,0264 manata düşüb.
1 türk lirəsi isə 0,2994 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Sentyabrın 26-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8635 manata, 1 rubl 0,0265 manata, 1 türk lirəsi isə 0,2997 manata bərabər idi.