avro-dollar-qarsisinda-bahalasdi

Avro dollar qarşısında bahalaşdı

Avro, İtaliyada erkən seçki ehtimalının uzaq olduğuna dair nikbinliyin təsiri ilə dollar qarşısında bahalaşıb.

İnsider.az xəbər verir ki, avro/dollar məzənnəsi  1.11 səviyyəsinin üzərinə qalxıb.
 
Bakı vaxtı ilə saat 14:45-də avro/dollar məzənnəsi 0.1 faiz artımla 1.1109 səviyyəsində olub.

Bazarda nəzərlər Avropa Mərkəzi Bankının (AMB) Sədr müavini Luis De Guindos Jurado-nun çərşənbə axşamı gecə saatlarda reallaşdıracağı çıxışına yönəlib. 

©Marja