avro-yeniden-bahalasir-resmi-mezenneler-aciqlandi

Avro yenidən bahalaşır - Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin iyun ayının 4-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyunun 3-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9120 manata, rubl/manat məzənnəsi isə 0,0260 manata qalxıb.

1 türk lirəsi isə 0,2915 manata yüksəlib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

İyunun 3-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9001 manata, 1 rubl 0,0259 manata, 1 türk lirəsi isə 0,2903 manata bərabər idi.