Avro Zonasında inflyasiya avqustda bir əvvəlki ayala müqayisədə dəyişməyərək 1 faiz olub
Avropa Statistika Ofisi (Eurostat), Avro Bölgəsinin avqust ayı illik inflyasiyasına dairməlumatları dərc edib.
İnsider.az xəbər verir ki, Avro Bölgəsində iyulda 1 faiz olan illik inflyasiya, avqust ayında gözləntilər daxilində sabit qalıb (1% təşkil edib).
İllik inflyasiyanın Avropa Mərkəzi Bankının (ECB) 2%-lik hədəfində çox aşağı qalması diqqəti çəkir.
Avro Bölgəsində enerji, spirtli içkilər və tütün istisna aylıq baza inflyasiya da 0,9%-də sabit qalıb.
Avro Bölgəsində avqust ayındakı inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya 2,1 faiz ilə qida, alkoqol və tütün məhsullarında baş verib.
Avro Zonasında pul siyasətini aparan ECB, regionda qiymət sabitliyini təmin etmək üçün 2% inflyasiya hədəfləyir.
Analitiklər, Avro məkanında iqtisadi fəallığa dair narahatlıqlar və inflyasiyanın artmamasına görə ECB tərəfindən aşağı faiz nisbətlərinin daha aşağılara salınacağını və daha çox təşviqin təqdim ediləcəyini gözləyirlər.
Analitiklər, inflyasiyanın çox aşağı qaldığını bildirirlər və ECB-inin bölgədə iqtisadi fəallığı artırmaq üçün gələn ay addımlar atmacağını nəzərdə tuturlar.
©Marja