avronu-guclendirmek-plani-aciqlanacaq-dollarin-hakimiyyetine-qarsi-plan

Avronu gücləndirmək planı açıqlanacaq - DOLLARIN HAKİMİYYƏTİNƏ QARŞI PLAN

Avropa Birliyinin avronun beynəlxalq rolunu gücləndirmək planı bu gün açıqlanacaq.

Avropa Birliyi (AB), ABŞ dollarının hakimiyyətini azaltmaq və Birliyi maliyyə risklərindən qorumaq üçün Avronun beynəlxalq rolunun gücləndirilməsini hədəfləyən planını bu gün açıqlayacaq.

"Bloomberg News"ın əldə etdiyi məlumata görə, AB Komissiyası tərəfindən açıqlanacaq plan, Avronun dəstəklənməsi və "yaşıl" maliyyə kimi böyüyən bazarlar yolu ilə necə gücləndirilə bilinəcəyini nəzərdə tutur.

AB Komissiyası tərəfindən hazırlanan plan, İran, elektron sektor vergiləri, "Şimal Axını 2" kimi mövzularda ABŞ ilə qarşı-qarşıya gəlinməsinin ardından Dollara olan asılılığın azaldılmasının gündəmə gəlməsilə əlaqədar olaraq ortaya çıxıb.

Marja