avronun-qiymeti-bahalasa-biler

Avronun qiyməti bahalaşa bilər

EUR. 

Dünya birjalarında EUR/USD məzənnəsində keçən həftə ucuzlaşma dalğası müşahidə edilib. Lakin Amerika sessiyasında yenidən dəstək görən avronun qiyməti 1.18$-ın üzərində qaldıqca, 1.19$-a kimi bahalaşa bilər. 

Bununla yanaşı, Amerikada noyabr ayında baş tutacaq prezident seçkisi fonunda bazar ertəsi Respublikaçı prezident Donald Trampın baş tutacaq çıxışı və həftə ərzində Avrozona və Amerika iqtisadiyyatlarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzində olacaqdır. 

GBP. 

GBP/USD məzənnəsi də 1.31$-da dəstək görməkdədir və üzərində qaldıqca, 1.32$-a kimi bahalaşa bilər.  

TRY. 

USD/TRY məzənnəsi isə tarixi rekord səviyyələrini yenilədikdən sonra 7.35 və 7.25TL aralığında üfüqi istiqamətdə dalğalanmaqdadır. ması, lirəyə təzyiq edən əsas amillərdir. 

Cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da TCMB-nin toplantı protokolunun yayımlanmasına kimi məzənnənin cari səviyyələrdə dalğalanmaqda davam edəcəyi proqnozlaşdırılır. 

OIL. 

Meksika sahillərinə Laura und Marko adlı qasırğanın yaxınlaşması, neft istehsalının dayandırılması ilə bərabər, qlobal neft təchizatının da aşağı düşməsinə səbəb ola bilər. Bu, neft qiymətlərinin ucuzlaşma dalğasını qarşısını almaqla, 44$ ətrafında dalğalanmaqda davam etməsinə səbəb ola bilər. 

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Əlvan metallar bazarlarında qızılın qiyməti təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1929$-ı (62 $/qram) qıraraq, altında qalarsa, 1885$-a (60.6 $/qram) kimi dəyər itirə bilər. 

Marja