avropa-banklari-pepsi-ile-mastercard-ve-visa-ya-reqib-olurlar

Avropa bankları PEPSI ilə Mastercard və Visa-ya rəqib olurlar

Avropanın 20 bankı, ECB-nin (Avropa Mərkəzi Bankı) təklifi ilə bütün nağdsız ödəmələrdə istifadə ediləcək bir ödəniş sistemi üzərinə çalışır. 

İnsider.az xəbər verir ki, texnologiya şirkətlərinə meydan oxumaqla bərabər, Visa və Mastercard-ın bazardakı hakimiyyətinə də son qoymağı hədəfləyən sistemin adı isə PEPSI (The Pan European Payment System Initiative) olacaq.

Söz mövzusu 20 bank arasında Almaniyadan "Deutsche Bank" ilə bərabər bir neçə Fransa bankının olduğu bildirilir. Avropa Birliyi ölkələrində cəmi 6 min bank var.

Son illər maliyyə texnologiyaları inkişaf etdikcə bir çox ölkə Mastercard və Visa-ya qarşı öz ödəmə sxemini alternativ olaraq yaradırlar. 

Marja