avropa-cempionati-parisden-alinib-bakiya-verildi

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında  Avropa çempionatı bu il Bakıda keçiriləcək. 

İnsider.az xəbər verir ki, kişilərin mübarizəsi 9 - 13 dekabrda, qadınların yarışı 17 - 20 dekabrda olacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 

Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26 - 29 noyabra təxirə salınıb. 

Qeyd edək ki, idman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı 27 - 31 mayda Bakıda, qadınların analoji yarışı 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə keçirilməli idi. Bədii gimnastların qitə çempionatı isə 21 - 24 mayda nəzərdə tutulmuşdu.

Report