Tez-tez baş verən təbii fəlakətlər və bir sıra ölkələrlə münasibətlərin pisləşməsi fonunda Avropada ərzaq böhranı riskləri güclənir. Yeganə sual budur ki, regionda ərzaq qıtlığı tam olaraq nə vaxt yaranacaq?
Avropa ənənəvi olaraq taxıl və süd məhsullarından donuz əti və zeytun yağına qədər dünyanın ən böyük ərzaq tədarükçülərindən biri olub. Orta hesabla, qida 2021-ci ildə Avropa ev təsərrüfatlarının xərclərinin yalnız 14%-ni istehlak edib, Nigeriyada bu rəqəm təxminən 60% və Misirdə 40% olub.
Ancaq son üç ildə vəziyyət sürətlə pisləşib. Artan hava və iqlim hadisələri mütəmadi olaraq fermerlərə ziyan vurur. Beləliklə, 2022-ci ildə fəlakətlərdən Avropa iqtisadiyyatına dəyən ziyan 50 milyard avronu keçib.
“Bu templə 2025-ci ilə qədər balıq, ət və bir sıra digər ərzaq məhsulları Avropanın ərzaq mağazalarından sadəcə olaraq yoxa çıxa bilər”, - deyə analitiklər xəbərdarlıq edirlər.
Oxu.Az