“Avropa İnvestisiya Bankının Azərbaycanda kredit portfeli 96 milyon avro təşkil edir. Bank əsasən kiçik və orta sahibkarlığa maliyyə dəstəyi göstərir. Maliyyələşdirmə özəl sektorun inkişafı, yeni iş yerlərinin açılması və ölkə vətəndaşlarının həyat səviyyəsinin artırılması üçün AİB-ın Azərbaycanda əsas tərəfdaşı, həmçinin kiçik və orta biznesə xidmət göstərən “AccessBank” vasitəsilə həyata keçirilir.”
Bu sözləri AİB-ın mətbuat xidmətinin rəhbəri Duşan Ondreiçka Trend.az informasiya agentliyinə verdiyi müsahibədə bildirib. O, həmçinin vurğulayıb ki, təmsil etdiyi təşkilat Azərbaycan və onun Avropa İttifaqı ilə münasibətlərinə müsbət təsir göstərən layihələrə dəstək olmaqda davam edəcək.
Müsahibə ilə tanış olmaq üçün : https://www.trend.az/business/economy/3264817.html
Qeyd edək ki, Avropa İnvestisiya Bankı (AİB) “AccessBank”ın əsas səhmdarlarından biridir. Bank, Avropa Birliyinin uzunmüddətli kredit təşkilatıdır və AB üzv dövlətlərinə məxsusdur. AİB həm Avropada, həm də onun hüdudlarından kənarda Avropa İttifaqının siyasətinə dair məqsədlərə töhfə vermək məqsədi ilə sabit investisiya yatırımlarına uzunmüddətli maliyyə vəsaitləri təqdim edir. Avropa İnvestisiya Bankı təxminən 160 ölkədə fəaliyyət göstərir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.