Avropa İttifaqı Rusiyadan birlik ölkələrinə tədarükü kəsilən qaz həcmini tamamilə əvəz edib.
Bunu İttifaqın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
“Biz artıq Rusiyadan kəsilən qazı tamamilə əvəz etmişik”, - deyə o, Avropa Parlamentinin plenar iclasında bildirib.
Aİ rəsmisinin sözlərinə görə, sıxılmış maye qaz, eləcə də digər təchizatçılardan boru kəməri vasitəsilə yanacaq tədarükü qaz çatışmazlığını aradan qaldırmağa kömək edib.
Qeyd edək ki, qərb ölkələri Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Bu, enerji sənayesinə də təsir göstərib. Məhdudiyyətlər səbəbindən Avropa enerji böhranı, yanacağın qiymətinin qalxması və xammal qıtlığı ilə üzləşib.
Oxu.Az