Avropa İttifaqı (Aİ) 2020-2021-ci illər üçün iqtisadi artım proqnozlarını yeniləyib.
Bu barədə Avropa Komissiyasının açıqladığı “Qış Dövrü İqtisadi Proqnoz” hesabatında məlumat verilib
Məlumata görə, bu il üçün proqnoz 0,4 faiz bəndi azaldılaraq 4,2%-dən 3,8%-ə endirilib, gələn il üçün proqnoz isə 0,8 faiz bəndi artırılaraq 3%-dən 3,8%-ə qaldırılıb.
Bundan başqa, sənəddə deyilir ki, bu il regionda illik inflyasiya 1,4%, gələn il isə 1,3% olacaq.
“İspaniya və İtaliyada iqtisadiyyat koronavirus (COVID-19) pandemiyasından əvvəlki vəziyyətə 2023-cü ildən tez qayıtmayacaq. Avrozonada iqtisadi aktivlik isə gözləniləndən tez bərpa olunacaq", - deyə hesabatda bildirilib.
Report