Avropa komissiyası İttifaqın operativ silahlı qüvvələrinin yaradılması barədə təklif hazırlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrel məlumat verib.
“Biz daha hazırlıqlı olmalıyıq. Bu səbəbdən də fövqəladə hallar zamanı operativ reaksiya göstərə bilən silahlı bölmələrin yaradılmasına ideyasına qayıtmışıq”, - deyə o bildirib.
Qeyd olunub ki, operativ silahlı qüvvələrinin yaradılması təklifi Aİ müdafiə nazirlərinin iclası zamanı əsas müzakirə mövzularından biri olub. Nazirlər beş min nəfərlik silahlı bölmənin formalaşdırılması ideyası ətrafında fikir mübadiləsi aparıblar.
Hazırda bu təklifin 14 Avropa dövləti, o cümlədən də Almaniya və Fransa tərəfindən dəstəkləndiyi bildirilib.