avropa-ittifaqi-sirketleri-azerbaycanda-gozledikleri-islahatlari-aciqlayib

Avropa İttifaqı şirkətləri Azərbaycanda gözlədikləri islahatları açıqlayıb

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı(Aİ) şirkətləri ölkədə gözlədikləri 5 vacib islahatı açıqlayıb.

İnsider.az xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.

Sənədə əsasən, rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər. 

©Report