Avropa İttifaqı (Aİ) Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.
Onların məlumatına görə, ictimaiyyətə açıqlanmamışdan əvvəl planda dəyişikliklər edilə bilər.
Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif etməyi nəzərdə tutur.
Paket bazar kreditləri hesabına deyil, Aİ-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək. Ukraynaya dəstək planı Aİ-nin 2021-27-ci illər üçün uzunmüddətli büdcəyə yenidən baxış çərçivəsində həyata keçiriləcək.
Vəsait Ukraynanın qanunun aliliyinin möhkəmləndirilməsinə və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatlar aparacağı halda ödəniləcək.
Oxu.Az