avropa-komissiyasinin-prezidenti-mayin-9-da-kiyeve-sefer-edecek

Avropa Komissiyasının Prezidenti mayın 9-da Kiyevə səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen mayın 9-da Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Bu barədə Avropa Komissiyasının tviter səhifəsində bildirilib .

Məlumata görə, mayın 9-da Avropa Günündə Prezident fon der Lyayen Kiyevə səfər edərək Prezidenti Volodimir Zelenski ilə görüşüb, Avropa İttifaqının Ukraynaya dəstəyini təsdiqləyəcək.

Xatırladaq ki, prezident Volodimir Zelenskinin fərmanına əsasən, sabahdan etibarən Ukrayna hər il mayın 9-u Avropa Günü olaraq qeyd edəcək.

Səfər çərçivəsində Ukraynanın bərpası, Aİ-nin gələcək dəstəyinə dair məsələnin müzakirə olunacağı nəzərdə tutulub.

Report