avropa-qaz-anbarlarini-95-faiz-doldurub

Avropa qaz anbarlarını 95 faiz doldurub

Avropanın yeraltı qaz anbarları 95 faiz doluluq səviyyəsinə çatıb.

Avropa Birliyi Qaz Assosiasiyanın (GIE) məlumatına görə, yeraltı qaz anbarları 95 faiz doldurulub.

Noyabrın 2-də, Avropanın UGS obyektlərində yanacaq ehtiyatlar 95,02 faiz və ya 103 milyard kubmetr təşkil edib.

Anbarların maksimum tutumu təxminən 110 milyard kubmetrdir.

İllik hesablamada bu göstərici 18,2 faiz bəndi artıb. Belə ki, 2021-ci ilin eyni dövründə anbarların doluluğu 76,82 faiz təşkil etmişdi.

Almaniya ən böyük qaz ehtiyatına sahibdir - 23,7 milyard kubmetr. İkinci yerdə 17,9 milyardla İtaliya, üçüncü yerdə müvafiq olaraq 12,9 milyard və 8,7 milyardla Fransa və Avstriya gəlir.

Avropa Komissiyasının məlumatına görə, UGS obyektləri regionda istehlak edilən bütün qazın üçdə birini təmin edir. Avropada istilik mövsümü noyabrın əvvəllərində başlayır.

Marja