avropa-son-500-ilin-en-guclu-quraqligini-yasayir

Avropa son 500 ilin ən güclü quraqlığını yaşayır

Avropa İttifaqının ilkin hesabatına əsasən, qitədə son 500 ilin ən güclü quraqlığı yaşanır. Bu vəziyyətin bəzi məhsullarda ciddi itkilərə səbəb olduğu bildirilib.

Avropa İttifaqının (Aİ) Birgə Tədqiqat Mərkəzinin ekspertlərinin ilkin təhlilinə əsasən, Avropa son 500 ilin ən güclü quraqlığını yaşayır.

Avropa Quraqlıq Rəsədxanasının hesabatına görə, Avropa İttifaqının (Aİ) 64 faizində quraqlıq xəbərdarlığı və ya fövqəladə vəziyyət elan edilib.

Assosiasiyanın ekspertlərinin sözlərinə görə, yanğınlara və məhsuldarlığın azalmasına səbəb olan isti hava və quraqlığın bəzi rayonlarda noyabr ayına qədər davam edəcəyi gözlənilir.

Aİ-nin Tədqiqatlar üzrə komissarı Mariya Qabriel çərşənbə axşamı verdiyi açıqlamada, "Şiddətli quraqlıq və isti dalğası Aİ-də su səviyyələrində görünməmiş stress yaradıb. İqlim dəyişikliyi şübhəsiz ki, hər il daha nəzərə çarpır."

Son məlumatlara görə, Aİ-də taxıl daxil müəyyən məhsullarda daha çox itki baş verib.