Avropada koronavirusa görə karantin qaydaları sərtləşdirilir.
İnsider.az xəbər verir ki, bu gündən etibarən Böyük Britaniya ikinci ümumi qapanmaya gedir.
Kipr səlahiyyətliləri ayın sonunadək bütün ölkədə komendant saatı tətbiq edəcəklər.
Çex Respublikasında gün ərzində koronavirusdan rekord həddə ölüm qeydə alınır.
Yunanıstanda yeni yoluxma, gündəlik ölüm və xəstələrin süni tənəffüs aparatına qoşulmaları üç anti-rekord yaradıb. Ölkədə may ayından bəri ilk dəfə olaraq bütün bar, restoran, kafe, kinoteatr və muzeylər iki həftəlik bağlanıb. Küçədə maska taxmaq tələb olunur.
Afinadan sonra ikinci böyük şəhər – Salonikdə təyyarələr uçuşlarını dayandırıb, daxili və xarici uçuşlar ləğv edilib. Evdən yalnız SMS-lə çıxmaq mümkündür.
İtaliyada yerli vaxtla saat 22:00-dan etibarən komendant saatı tətbiq olunur. Tələbələr distant təhsil alır, muzeylər, oyun salonları, ticarət mərkəzləri bağlıdır. Milanda ərzaq dükanları, bazarlar və marketlərdən başqa xaricindəki bütün mağazaları bağlayacaqlar.
Polşada da xəstəlik və ölümlə əlaqəli anti-rekord var, xəstəxanalar çarpayısız qalıb, ventilyasiya cihazı və həkim çatışmır.
Polşa rəhbərliyi insanlara səslənərək bildirib ki, etirazları sosial şəbəkələrdə etsinlər, çölə çıxmasınlar, çünki ictimai yerlərdə toplaşmaq virusa yoluxma riskini artırır.
Macarıstanda fövqəladə vəziyyət elan edilib. Gecə klubları bağlanacaq, şəhərdəki park yerləri ictimai nəqliyyatdakı sıxlığı azaltmaq üçün pulsuz olacaq.
Serbiya xəstəxanalara gələn xəstələrin axınının öhdəsindən gələ bilmir, yerlər bir neçə gün içində tükənəcək.
İsveçrənin Frayburq şəhərində də eyni kritik vəziyyət yaranıb.
Danimarkada virus ölkə parlamentinə daxil olub. Bir neçə nəfər virusa yoluxub.
Fransada gündə 50 mindən çox insan koronavirusa yoluxur. Reanimasiyada yataqların 70-i tutulub, ağır xəstələrin sayı son iki həftə ərzində iki dəfə artıb.
Niderland da növbəti iki həftə üçün tədbirləri sərtləşdirir. Belçikada yer çatışmazlığından xəstələri helikopterlə qonşu Almaniyaya göndərirlər.
Bununla yanaşı, Belçika, bəlkə də Avropa İttifaqında təmkinlə nikbinlik göstərən yeganə ölkədir. Yüz min adama düşən yoluxma hadisələrinin sayı hələ də Avropada ən yüksək göstəricilərdən biridir. Ölkədə dekabrın ortalarına qədər tətbiq olunan sərt karantin səbəbindən virusun yayılma sürəti bir qədər azalıb.
Oxu.az