İtaliya sakinləri qiymətlərin davamlı artması səbəbindən avropalıları “makaron tətili”nə çağırıblar.
Onlar bu məhsulu almağı dayandırmağı, mətbəxlərində özləri makaron hazırlamağa başlamağı planlaşdırırlar.
Fransada da sakinlər də bu vəziyyətdən narazıdırlar. Rəsmi Paris istehsalçılara xərclərin aşağı salınmayacağı təqdirdə makaron fabriklərinə qarşı müvafiq sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, buğdanın dəyərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq, Avropada makaron qiymətləri artmaqda davam edir. İndiyə qədər makaronun qiyməti iki dəfə artıb. Analitiklərin fikrincə, yerli əhalinin makaron məhsullarının əsas istehlakçısı olduğu İtaliyada (ölkədə adambaşına ildə təxminən 23 kiloqram makaron istehlak olunur) may ayında qiymətlər bir il əvvəllə müqayisədə 14% baha olub. Böyük Britaniyada qiymətlər illik 27,6%, Almaniyada 21,8%, Fransada isə 21,4% artıb.
Hazırda Avropa vətəndaşları bu məhsulu almaqdan imtina edirlər.
Oxu.Az