Avropa qaz bazarında, Rusiyadan idxalın kəskin azalması fonunda qiymət artımları davam edir.
Çərşənbə günü Londonun ICE birjasında oktyabr tədarükü üçün qaz fyuçerslərinin qiyməti həftənin əvvəlindən 5,6%, avqustun ilk 11 günündə isə 10% -dən çox artaraq min kubmetr üçün 550 dolları keçib və 552,7 dolları görüb.
Oktyabr və Noyabr fyuçersləri, Rusiya şirkəti "Qazprom"un Yamal-Avropa boru kəmərindən keçən axını bir daha kəsməsindən sonra 550 dolları aşıb.
Təchizatın təxminən yarıya qədər azalması iyulun sonunda başlayıb, Frankfurt yaxınlığındakı Malnov kompressor stansiyası gündə 84 milyon kubmetr əvəzinə 50-60 milyon kubmetr almağa başlayıb.
Avqustun 5 -də Urengoydakı "Qazprom" zavodunda baş verən qəzadan sonra tədarükün həcmi saatda 1 milyon kubmetrə düşüb və əvvəlki səviyyələrdə heç bir bərpa yoxdur.
Marja