Avropada təbii qazın qiyməti 0,6 % aşağı düşüb.
Bu barədə Londonun “ICE Futures” birjasına istinadən xəbər verilir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın avqust fyuçersləri ticarəti 1 000 kubmetr üçün 373,7 ABŞ dolları (-0,9 %) səviyyəsində açıb. Daha sonra bu göstərici 375,1 ABŞ dolları (-0,6 %) təşkil edib.
Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə - 1 000 kubmetr üçün 377,3 ABŞ dollarına əsaslanır.
Report