Avropada təbii qazın birja qiymətləri 2,4 % artıb.
Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın avqust fyuçerslərinin qiyməti günə 377,4 ABŞ dolları ilə (+1,6 %) başlasa da, sonradan 380,1 ABŞ dollarına (+2,4 %) qədər yüksəlib.
Qeyd edək ki, dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 371,3 ABŞ dolları) əsasən hesablanır.