Qazprom-un Ukrayna və Polşa ərazisindən qaz tranziti üçün əlavə imkanları bron etməkdən imtina etməsi nəticəsində Avropada qazın qiyməti artır.
ICE birjasının məlumatına görə, dünən ticarətin bağlanışında Avropada qazın qiyməti 1000 kubmetr üçün 960 dolları ötüb.
Dekabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 963,4 dollara qədər artıb (və ya MVt/saat üçün 81,585 avro).
Günün əvvəlindən Avropada qazın qiymətində ümumi artım təxminən 8% təşkil edib.
Dünən səhər saatlarında keçirilən hərracda “Qazprom” dekabr ayı üçün təbii qazın Ukrayna ərazisindən tranziti üçün əlavə gücləri və Polşadan qaz nəqli üçün gücləri sifariş etməyib.
Marja