Avropa İnvestisiya Bankı Türkiyəyə kredit verməyi 2019-cu ilin sonuna qədər dayandırdığını açıqlayıb.
İnsider.az xəbər verir ki, Avropa İnvestisiya Bankı (EIB) Türkiyədə dövlət ilə əlaqəli qurumlara yeni maliyyələşdirmə təmin etmək fəaliyyətlərini bu il sonuna qədər dayandıracağını, bu zaman Türkiyə strategiyasını nəzərdən keçirəcəyini açıqlayıb.
EIB-nin bu qərarı, Avropa Birliyinin Türkiyəyə Kipr adası ətrafında apardığı qaz və neft qazma işlərinə cavab tədbirləri çərçivəsində verilib.
Təkbaşına Türkiyəyə ən çox kredit verən xarici qurum olan EIB, ötən üç il ərzində hər il 0.4 milyard avro ilə 2.2 milyard avro arasında maddi qaynaq təmin edib. Bank bu il Türkiyədə yeni sərmayə etməyib.
Yeni kreditləri dayandırmaq qərarının özəl sektor layihələrinə təsir etməsi gözlənilmir.
©Marja