avropani-ikinci-anormal-isti-dalgasi-burudu

Avropanı ikinci anormal isti dalğası bürüdü

Qərbi Avropaya ikinci isti dalğası gəlib. Bəzi ölkələrdə civə sütunu 40 dərəcədən yuxarı qalxıb. İnsider.az bunu “BBC”-yə istinadla xəbər verir.

Belə ki, Fransanın Bordo şəhərində bazar ertəsi +41,2 dərəcə qeydə alınıb – bu, 2003-cü ilin rekordunu üstələyib.

Metereoloqlar bu həftə, Belçika, Almaniya və Niderland daxil, bütün Avropa üzrə rekord temperatur proqnozunu verirlər.
Ümumdünya Meteorologiya Təşkilatının nümayəndəsi Kler Nullis belə isti dalğalarının “iqlim dəyişikliyi əlaməti” olduğunu bildirib.

“İyunda gördüyümüz kimi, onlar daha tezləşir, daha erkən başlayır və daha da intensiv olur”, - o, qeyd edib.

Fransa ərazisinin böyük hissəsində hökümət “narıncı” həyəcan siqnalı elan edib – bu, ikinci ən yüksək xəbərdarlıq dərəcəsidir.

Parisdə temperatur yeni maksimuma cümə axşamı çata bilər. Hal-hazırda 1947-cildə qeyd olunmuş +40,4 dərəcə rekordu qalmaqdadır.

Xatırladaq ki, ilk isti dalğası Avropanı iyunun sonunda bürüyüb. Həmin vaxt istilik vurmasından səkkiz nəfər ölüb.

Samirə Məmmədova