Avropanın 33 ölkəsində koronavirusa yoluxma halları 10% artıb.
Bunu ÜST-ün Avropa bürosunun rəhbəri Hans Klüge bəyan edib.
O, bu artımın son iki həftə ərzində qeydə alındığını bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bəzi ölkələrdə COVID ölümləri daha da intensivləşib.
Qeyd edib ki, hazırda bölgədə ölümcül virus qurbanlarının sayı 1.3 milyon nəfər təşkil edir.