avropanin-bu-olkesinde-niqab-qadagan-olundu

Avropanın bu ölkəsində niqab qadağan olundu

Uzun illərin mübahisələrindən sonra Niderlandda üzü bağlayan geyim elemetlərinə qadağa tətbiq olunub. Qadağa bugün, yəni avqustun 1-də qüvvəyə minir. Bu qadağa pərəncə və niqab kimi müsəlman örtüyü olan qarderob detallarına aiddir. İnsider.az bunu “Deutsche Welle”-ə istinadən xəbər verir.

İndi bu növ geyimi məktəb, xəstəxana, dövlət müəssisələri və nəqliyyat kimi ictimai yerlərdə geyinmək olmaz.

Ölkənin daxili işlər nazirliyi səlahiyyətli orqanları və icra hakimiyyətlərini qadağanın təmin edilməsinə çağırıb. Belə ki, təhlükəsizlik orqanları əməkdaşları ilk öncə ictimai məkanda pərəncə və ya niqabda olan qadından üzünü göstərməyi tələb etməlidir. Bu tələbə imtina edildikdə, qadına binaya giriş qadağa oluna bilər və onu 150 avrodan başlayaraq cərimə gözləyir.

Qadağa həmçinin motosiklet inteqral dəbilqələrinə də şamil olunur.

Qeyd edək ki, üzü bağlayan geyim elementlərinə qadağanın tətbiqi haqda mübahisə Niderlandda 14 il boyu davam edirdi.

Samirə Məmmədova