Rusiyanın Arxangelsk vilayətində Avropanın ən böyük almazı tapılıb.
İnsider.az TASS-a istinadla xəbər verir ki, V.Qriba adına yataqda aşkar edilən qiymətli daşın çəkisi 222,09 karatdır.
Bu, regionda almaz hasilatının aparıldığı bütün tarix ərzində ən iri almazdır. Aşkarlanmış qiymətli daş Avropada ən böyük almaz sayılır. Onun dünya bazarında satılması planlaşdırılır.
Bunadək V.Qriba adına yataqda tapılmış ən böyük almazın çəkisi 181,68 karat təşkil edib.
Qeyd edək ki, V.Qriba adına almaz yatağı dünyada ən irilərdən biridir, ehtiyatlarına görə Rusiyada dördüncü, dünyada isə yeddinci yeri tutur.
©Oxu.Az