avropanin-en-boyuk-iqtisadiyyatinda-10-ilin-boyuk-tenezzulu

Avropanın ən böyük iqtisadiyyatında 10 ilin böyük tənəzzülü

Almaniya iqtisadiyyatı ilin ilk üç aylıq dövründə 2.2% azalıb. Bu 10 ildən çox müddətin ən böyük tənəzzülüdür. Bu vəziyyət, koronavirus epidemiyasının iqtisadiyyata ziyanının ilk işarələrinin görülməyə başlandığını göstərir.

Almaniya hökuməti biznesi dəstəkləmək üçün 1.2 trilyon avro (1.3 trilyon dollar) həcmində xilasetmə paketi hazırlayıb və iqtisadiyyatı hərəkətə keçirmək üçün əlavə tədbirlərə getməyə hazırlaşır. 

Almaniyada yalnız Aprel ayında 370 min nəfər işini itirib.