avropaya-ixrac-olunan-mehsullar-hokmen-markalanmalidir-teleb-siyahi

Avropaya ixrac olunan məhsullar hökmən markalanmalıdır - TƏLƏB, SİYAHI

Avropa İttifaqı ölkələrinə sənayə məhsullarının ixracı yalnız Avropa İttiqanın müvafiq direktivlərinə uyğun olaraq uyğunluğunun qiymətlənmdirilməsi həyata keçirildikdən sonra mümkündür.Avropa İttifaqında daxil olan sənaye məhsullarının üzərinə “CE” işarəsi vurulmalıdır.

İnsider.az “Bureau De Qualite” Azərbaycan-a istinadən xəbər verir ki, CE işarəsi bir məhsulun və ya məhsul qrupunun, Avropa Birliyinin sağlamlıq, təhlükəsizlik, ətraf mühit və istehlakçıların müdafiəsi məsələsində hazırladığı müvafiq məhsul direktivləri olaraq qeyd edilən əsas standartlara uyğun olduğunu göstərir. 

Bu tip sertifkatlaşdırma Avropa İttifaqının qüvvədə olan müvafiq direktivlərinə və standartlarına uyğun aparılır.

Məmnunluqla bəyan edirik ki, CE markalanma sahəasində məsləhət xidmətlərinin verilməsində Azərbaycanda və Türkiyədə böyük təcrübəyə malik ekspertlərdən ibarət komandamız xidmətinizdədir.Onu da qeyd edək ki, CE markalanma üzrə Azərbaycandan yeganə təsdiqlənmiş auditor, “Bureau De Qualite” Azərbaycanın direktoru  Asif İbrahimovdur.

CE İŞARƏSİ MƏCBURİ OLAN MƏHSUL QRUPLARINA AİD DİREKTİVLƏR.

  • 88/378/EEC - Oyuncaqların təhlükəsizliyinə dair AB Direktivi
  • 89/686/EEC - Fərdi mühafizə avadanlığına dair AB Direktivi
  • 89/106/EEC - İnşaat materialları və konstruksiyalara dair AB Direktivi
  • 90/396/EEC - Qaz yandıran cihazlara dair AB Direktivi
  • 92/42/EEC - Suqızdıran qazanlara dair AB Direktivi
  • 93/42/EEC - Tibbi cihazlara dair AB Direktivi
  • 94/9/EC - Partlayıcı mühitlərdə istifadə edilən cihazlar və mühafizə sistemlərinə dair AB Direktivi
  • 95/16/EC - Lift və qaldırıcı mexanizmlərə dair AB Direktivi 
  • 97/23/EC - Təzyiq altında işləyən avadanlığa dair AB Direktivi
  • 98/79/EC - Tibbi diaqnostika cihazlarına dair AB Direktivi
  • 99/36/EC - Təzyiq altında işləyən daşına bilən avadanlığa dair AB Direktivi 
  • 2006/42/EC - Maşın və mexanizmlərə dair AB Direktivi 
  • 2006/95/EC - Aşağı gərginliyə malik sistemlərə dair AB Direktivi

©bureaudequalite.com