Bu ilin aprel ayında Avrozonada inflyasiya ötən aya nisbətən 0,3% bəndi azalaraq 0,4% olub.
İnsider.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) hesabatında məlumat verilib.
Bildirilir ki, hesabat dövründə ən yüksək inflyasiya 9,6%-lə enerji sektorunda qeydə alınıb. Onu 3,6%-lə qida, alkoqol və tütün məhsulları, 1,2%-lə xidmətlər sektoru izləyib.
Bundan başqa, Avrozonada pul siyasətini həyata keçirən Avropa Mərkəzi Bankı (ECB) qiymət sabitliyini təmin etmək üçün inflyasiyanın 2% çərçivəsində saxlanmasını hədəfləyir.