Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.
Ölkənin turizm sektoru COVID-19 məhdudiyyətlərindən ağır zərbə aldıqdan sonra yenidən qurulmağa çalışır.
Gün ərzində 50-dən çox beynəlxalq uçuş həyata keçiriləcək, o cümlədən ölkənin ən böyük şəhəri Sidneydə 27 eniş həyata keçiriləcək.
2 ildən sonra qapılarını açan Avstraliyada emosional səhnələr yaşanıb, ailə üzvlərini uzun müddət görə bilməyənlər nəhayət görüşə biliblər.
Koronavirusa ilk yoluxma hadisəsinin 25 yanvar 2020-ci ildə qeydə alındığı Avstraliyada yoluxma sayının artması ilə əlaqədar görülən tədbirlər çərçivəsində ölkə sərhədləri Avstraliya vətəndaşları və daimi sakinlər istisna olmaqla, 2020-ci ilin mart ayının sonu xarici vətəndaşlar üçün bağlanıb.