avtomobil-ve-hisselerinin-idxalina-xerclenen-valyuta-keskin-artib

Avtomobil və hissələrinin idxalına xərclənən valyuta - KƏSKİN ARTIB

Azərbaycandan valyutanın çıxmasının səbəblərindən biri də nəqliyyat vasitələri və onların hissələrinin idxalıdır.

Insider.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyul dövründə (7 ayda) Azərbaycana xaricdən 659 milyon 952 min dollarlıq nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 166 milyon 737 min dollar və ya 34% çoxdur.

Azərbaycanın cəmi 7 ayda 8 milyard 434 milyon dollarlıq idxalının 7.83%-ni nəqliyyat vasitələri və onların hissələrinin idxalı təşkil edib.

Xəbər verdiyimi kimi, Azərbaycana nəqliyyat vasitlərinin idxalı 2 dəfə artaraq bu ilin 7 ayı ərzində 22 974 ədəd təşkil edib. Nəqliyyat vasitələrinin 20 800 ədədi minik avtomobilləri olub.