Fransalı Odil Reno-Basso dörd illik müddətə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti seçilib.
Bu barədə qərar Bankın Londondakı mənzil-qərargahında keçirilən İdarə Heyətinin iclasında qəbul olunub.
O, bu vəzifədə 2012-ci ildən bəri iki müddət AYİB-nin prezidenti olmuş britaniyalı Suma Çakrabartini əvəzləyib.
Son dörd ildə 55 yaşlı Reno-Basso Fransa İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyində Xəzinədarlığın baş direktoru vəzifəsində çalışıb.