az-hereketli-heyat-terzinin-belli-ve-inanilmaz-neticeleri

Az hərəkətli həyat tərzinin bəlli və inanılmaz nəticələri

İnsan “layihələşəndə”, ehtimal olunurdu ki, o, daima hərəkət edəcək: yırtıcılardan qaçacaq, sincabları ovlayacaq, gəzib tərəvəz və meyvə axtaracaq... Lakin son 50-70 ilə “iş” anlayışının ağır fiziki əməklə assosiasiya edilməsi tamamilə geridə qalıb. Buna görə nə baş verdi?

İnsider.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin araşdırmalarına görə, insan aktiv şəkildə hərəkət etdikdə, normada onda şərti olaraq 10 kapilyar açıq olur. Lakin dinc vəziyyətdə olduğu halda, bu 10-dan ancaq biri işləyir. İş orasındadır ki, müxtəlif faydalı maddələrin (qaz, oksigen) mübadiləsi kapilyarın qanla yuyulduğu vaxt baş verir. Əgər sən fəal şəkildə işləmirsənsə, onda daha çox kapilyar üçün bu qədər qan, faydalı maddələr nəyinə gərəkdir?

Hərəkət zamanı kapilyarda qan dövranı zamanı insanda orqanizmə çox müsbət təsir edən xüsusi maddə olan azot oksidi əmələ gəlir – bu maddə xolesterin səviyyəsini azaldır, qanı daha da qatılaşdırır, “yaxşı” şəkər göstəricilərini artırır. Əgər gün ərzində az hərəkət ediriksə, bizdə tədricən azot oksidinin xroniki çatışmazlığı yaranır. Və bu, hazırda sivilizasiyanın əsas xəstəliklərindən biridir. Oturaq həyat tərzi yaşayan hər kəsin bu çatışmazlığı var, hansı ki, öz növbəsində, endotelial disfunksiyanın inkişafına gətirib çıxara və şəkərli diabet, iflic, infarkt, qəfil ölümü işə sala bilər...

(Risk qrupunda ilk öncə kişilərdir, özü də, nə qədər yaş çox olsa, bir o qədər problem aktuallaşır.) Lakin özü özlüyündə oturaq həyat tərzi siqaret çəkmək, yüksək təzyiq və damarın daxili qişasını zədələyən digər səbəblərdən başqa, sərbəst risk faktorudur.

Ofis kürsüsünə “yapışdırılmış” insan üçün hər hansısa “ürək diyetası” mövcuddur mu? Əgər ciddi desək, xeyr, heç bir diyeta burada ola bilməz. Bunun əvəzinə işə piyada necə getməyiniz barədə düşünün. Yeri gəlmişkən, sutkada tövsiyə edilmiş 10 min addım heç də mif deyil, bu, amerikan alimlərinin riayət edilməsini məsləhət gördükləri zəruri kardioyük səviyyəsidir.

Hər kəs ildə ən azı bir dəfə xüsusi müayinələrdən keçməlidir: qanın ətraflı analizlərini verməli, kardioqramma və ürəyin ultrasəs müayinəsini etməlidir. Ancaq belə öz orqanizminin vəziyyətini adekvat şəkildə qiymətləndirmək olar.

Samirə Məmmədova