"İşğaldan azad edilən ərazilərdə evlərdən, təsərrüfat sahələrindən xeyli sayda silah-sursat aşkarlanıb".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərində təsərrüfat sahələrinin daxilində silah-sursat aşkarlanıb: "Yəni, Ermənistanın hərbi mövqelərimizlə yanaşı, mülki əhalini və mülki infrastrukturu hədəfə alıb".
A.Eyvazov foto və videomaterial vasitəsilə aşkarlanmış silah-sursatları da açıq şəkildə diplomatların diqqətinə çatdırıb. "3000-dən çox tank, 10 000-dən çox piyada əleyhinə mina aşkarlanıb. Həmin hərbi sursatlar arasında dronlar da var".
Report